Mir Şahin Ağayev: “Faktlarımız çoxdur”

“Hamı dünyaya gələndə bilir ki, nə vaxtsa rəhmətə gedəcək. Heç kim də inanmır ki, sabah rəhmətə gedəcək. Ona görə də hər şeyə belə mütləq inanmayaq. Qanunların ədalətli şəkildə bərpa olunduğu faktlarımız da çoxdur. Beynəlxalq təşkilatlardan müraciətlər adətən qarşı tərəfin istəyi ilə baş tutur. Biz isə dövlətdən dəstək gözləyirik və dövlətimizə inanırıq”.
“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ANS Müstəqil Yayım və Media Şirkətinin vitse-prezidenti Mir Şahin Ağayev deyib.
“Dövlətimizin bu məsələni tez bir zamanda araşdıracağına əminik. Dövlətimiz olan yerdə başqalarından heç nə istəmirik. Təbii ki, beynəlxalq təşkilatlar da bu işlə maraqlanır. Onları maraqlandıran suallar var. Onların cavablarını müxtəlif səviyyələrdə verənlər var. Biz də o sualların cavablarını imkan düşdükcə veririk. Lakin bu cavablar heç bir halda Azərbaycan dövlətinin imicinə zərər gətirmir. İnanırıq ki qanunlarla ədalətin bərpa olunmasına nail olacağıq. Buna inanmasaq bu gün məhkəmədə olmazdıq. Kanalın açılmasına yönəlik qanuni yollar və imkanlardan istifadə edirik. Bütün addımlarımız qanun çərçivəsindədir”, - M.Ağayev bildirib.
Şirkətin prezidenti Vahid Mustafayev isə ANS-in 1000-dən artıq əməkdaşı olduğunu deyib. “Biz təşkilat olaraq hər gün maliyyə itkiləri ilə rastlaşırıq”, - o, əlavə edib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.