haberL haberR

Mişarla kəsilmiş əl bərpa olundu

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 07.10.2015 14:38:11

Bu barədə Mərkəzi Klinika Xəstəxanası xəbər verib

Əlini motorlu mişarla kəsən şəxsin əli yenidən bərpa edilib.

Mərkəzi Klinika Xəstəxanasından verilən məlumata görə, evdə dəmir kəsərkən ehtiyatsızlıq nəticəsində dəmirkəsən motorlu mişarla (laqonda) sağ əlini kəsən xəstə ilk olaraq 3 saylı şəhər xəstəxanasına aparılıb. İlk yardım olunuduqdan sonra xəstə Mərkəzi Klinikaya xəstə yaxınları tərəfindən gətirilmişdir.

Amputant Kişner telləri vasitəsilə fiksasiya olunduqdan sonra doktor Kamran Musayev başda olmaqla kardiocərrahi həkim heyəti tərəfindən əlin volar səthində arterial qövsdən hər barmağa gedən arteriyalar (5 ədəd) ayrı ayrılıqda tikilib. Daha sonra əlin dorsal səthində 4 ədəd vena tikilərək əlin qan dövranı bərpa edildi: "Damarlar bərpa olunduqdan sonra barmaqların qan dolaşımı yoxlanıldı və qənaətbəxş olduğu görüldü. Sonra öncə əlin bayır səthində uzun və qısa ekstensor vətərlərin distal və proksimal ucları tapılaraq uc uca tikildi. Daha sonra əlin iç səthində səthi və dərin fleksor vətərlərin distal və proksimal ucları tapılaraq hər biri müvafiq olaraq uc - uca tikildi və beləliklə həm bükücü , həm də açıcı vətərlərin tamlığı bərpa olundu. Sonra median sinir, ardınca əzələlər tikildi. Barmaqların təkrari kompartman olmaması üçün barmaqlarda boylama kəsiklər aparıldı. Daha sonra dərialtı və dəri seyrək tikişlərlə tikildi, aseptik sarğı qoyulduqdan sonra sağ ələ langet tipli gips sarğısı tətbiq edildi". (trend)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.