haberL haberR

Misir alimlərindən Səud alimlərinə cavab: "Mövlud bidət deyil"

Kateqoriya: İslam Yayımlama tarixi: 23.12.2015 14:11:49

Misirli sünnü alimlər Səudiyyə Ərəbistanının sələfi alimlərinin mövlud keçirmək barədə verdiyi fətvanı batil hesab edirlər

İslamazeri.az-ın “AlAlam”-ə istinadən verdiyi xəbərə görə, Misir alimləri Peyğəmbərin doğum gününün qeyd edilməsini caiz elan ediblər.

 

Ölkənin fətva mərkəzinin yaydığı bəyənatda, əziz islam Peyğəmbərinin (s) doğum gününü qeyd etməyin insanlara sevinc və müsbət ruhiyyə aşıladığına görə bəyənilən bir iş olduğu bildirilib:  “Son günlərdə sələfi alimlərindən biri Səud Əbduləzimin bir bəyənatı yayıldı. O bu bəyənatda islam peyğəmbərinin (s) doğum gününü qeyd etməyin bidət və haram hesab etmişdi. Lakin biz qeyd edirik ki, Peyğəmbərə (s) eşq bəsləmək imanın göstəricisidir və o həzrətin doğum gününü qeyd etmək düzgün və şəriətə uyğundur. Tarix boyu alimlərimizin əksər hissəsi bunu caiz biliblər və Allaha yaxınlaşmağa amil kimi dəyərləndiriblər.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.