haberL haberR

Misir "Nusra cəbhəsi"nin adını dəyişməsinə münasibət bildirdi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 05.08.2016 13:19:53

Misir XİN: Terror təşkilatlarının adlarını dəyişməsi onların mahiyyətini dəyişmir

İslamazeri.az-ın SANA agentliyinə istinadən verdiyi xəbərə əsasən, Misir XİN mətbuat katibi Əhməd Əbu Zeyd Suriyadakı terror qruplaşmaları ilə mübarizənin davam etdirilməsinin  zəruriliyinini qeyd edib. O, Suriyada terror qruplaşmalarınnın öz adlarının dəyişdirilməsi ilə gerçəkliləri gizlətməyə cəhd etmələrini diqqətlə izləmə səsləyib və əlavə edib ki, bu addəyişmə onların mahiyyətinin dəyişməsinə səbəb olmur və onların caniliklərini üzərindən bir xətt çəkmir.

"Misir Suriyadakiı böhranın siyasi yol ilə həll edilməsi üçün bütün regional və beynəlxalq tərəflərlə kontaktların aktivləşməsi və səylərini davam etdirəcək. Ölkədə Rusiyanın Hələbdən dinc sakinlərin çıxışı üçün təhlükəsiz dəhlizlərin yaradılmasına dair təşəbbüsünu diqqətlə izlənilir. Bu da doğru yolda atılmış ilk addımdır.", -deyə Misir XİN mətbuat katibi Əhməd Əbu Zeyd  bildirib.

Əbu-Zeyd  tərəfləri Suriya arası dialoqun avqust ayının sonunadək  yenidən başlaması üçün bütün mümkün səyləri göstərməyə səsləyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.