haberL haberR

Misir xüsusi xidmət orqanları Sinayın şimalında 20-dən çox terrorçunu məhv edib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 29.08.2016 17:11:50

Əməliyyat zamanı, həmçinin texnika da məhv edilib, terrorçu-ekstremist qruplaşmaların 37 üzvü həbs edilib.

İslamazeri.az-ın "Youm7" xəbər portalına istinadən verdiyi xəbərə əsasən, Misir təhlükəsizlik qüvvələri Sinay yarımadasının şimalında 22 terrorçunu məhv edib.

Qeyd edilir ki, terrorçular Şimali Sinayın müxtəlif rayonlarında keçirilimiş anti-terror əməliyyatı zamanı məhv ediliblər. Əməliyyat zamanı, həmçinin texnika da məhv edilib, terrorçu-ekstremist qruplaşmaların 37 üzvü həbs edilib.

Xatırladaq ki, Misirdə artıq bir neçə ildir ki, Sinay yarımadasının şimalında anti-terror əməliyyatı davam edir. Adı çəkilən ərazidə ekstremist qruplaşmalar məskunlaşıblar. Ekstremistlərin Sinayın şimalında hüquq-mühafizə əməkdaşlarına etdiyi hücumlar demək olar ki, hər gün baş verir. Bu zaman çərçivəsində regionda terrorçuların fəaliyyəti nəticəsində yüzlərlə polis və hərbi qulluqçu həyatını itirib və xəsarət alıb.

Güc strukturları əməkdaşlarına olan hücumların məsuliyyətini öz üzərlərinə əsasən özlərini İŞİD-in Sinay yarımadasındakı “filialı” adlandıran qruplaşmanın yaraqlıları götürürlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.