haberL haberR

Misirin "Əl-Əzhər" Universitetinin İŞİD fətvası

Kateqoriya: İslam Yayımlama tarixi: 04.02.2015 16:07:02

Universitet İŞİD barədə fətva verib

İslamazeri.az-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, Misirin "Əl-Əzhər" Universiteti məlumat yayımlayaraq, iordaniyalı pilotun İŞİD terror təşkilatı tərəfindən öldürülməsini qınayıb.

İslam dünyasının tanınmış elm mərkəzlərindən olan Misirin "Əl-Əhzər" Universiteti yayımladığı məlumatda  İŞİD terror təşkilatına qarşı mübarizə aparmağın və bu təşkilata üzv olanların öldürülməsinin hər kəs üçün vacib olduğu fətvasını verib.

Xatırladaq ki, İŞİD terror təşkilatı insanlıqdan kənar üzünü göstərməkdə bir addım da irəli gedərək, təyyarə qəzası zamanı əsir düşən iordaniyalı pilot Muaz Qasasbeni yandıraraq qətl etmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.