haberL haberR

Misirin şimalında partlayış: ölən və yaralananlar var

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 06.08.2016 18:04:00

Misirin şimalında partlayış baş verib, ölən və yaralananlar var

İslamazeri.az-ın ParsToday saytına istinadən verdiyi xəbərə əsasn, Misirdə Şimali Sinayda partlayıcı qurğunun partlaması nəticəsində dinc insanlar həyatlarını itiriblər və yaralanıblar.

"Sky News" Misir mənbələrinə istinadən cümə günü axşam saatlarında bildirib ki, Şimalı Sinayın ən iri şəhərində baş vermiş bomba partlayışı nəticəsində 3 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.

Məlumata əsasən, bomba zabit klubunun yaxınlığında yerləşən zibil yeşiyinə yerləşdirilib, lakin hadisə qurbanlarına ancaq dinc sakinlər çevriliblər.

Partlayış Əbu Dua əl-Ənsari adlı birinin “Ənsar Beyt əl-Muqəddəs” qruplaşmasının liderini öldürməsində iki gün sonra baş verib. Onu da qeyd edək ki, dünən Misir XİN "Nusra Cəbhəsi" əleyinə açıqlama yaymışdı ətraflı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.