haberL haberR

Misirli müfti: "İŞİD-lə Hz.Əlinin (ə) xəvaricilərlə döyüşdüyü kimi döyüşəcəyik"

Kateqoriya: İslam Yayımlama tarixi: 12.03.2015 16:52:53

"Əl-Əzhər" şeyxi cümə xütbəsində "cəhənnəm itləri"ndən danışıb

İslamazeri.az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, Misir müftisi Əli Cümə martın 6-da etdiyi cümə xütbəsində İŞİD terrorçularının etdiyi cinayətləri qınayaraq, onları cəhənnəm itləri adlandırıb.

Əli Cümə Əhli-beyt (ə) aşiqi olan Misir xalqının Həzrət Əlinin (ə) xəvariciləri məğlub etdiyi kimi İŞİD terrorçularını məğlub edəcəklərini bildirib. Cümə xütbəsinin tərcüməsini təqdim edirik:
"Onlar(İŞİD terrorçuları) Allahın kitabını oxuyaraq adam öldürürlər. Bu adamlarla bağlı "Səhihi-ibn Hibban" kitabında belə bir hədis var: Xəvaricilər cəhənnəm itləridir.  Xəvaricilər "Elmin Qapısı"na qarşı qiyam etdilər. Əhli-beytin (ə) atası Əli ibn Əbutalibə (ə) qarşı qiyama qalxdılar. Halbuki peyğəmbər (s) onun haqqında, "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" -deyib.  Xəvaricilər 6000 nəfər idilər. Həzrət Əli (ə) İbn Abbası onların yanına göndərdi. İbni Abbas onlara Quran və sünnədən dəlillər gətirərək mübahisə etdi və düz yola çağırdı. Onlardan 2 min nəfər ayrıldı və 4 min nəfər isə qaldı. 
Əli (ə) onlarla Allahın "Onlar od əhlidir" hökmünə görə müharibə apardı.
Ey Misir xalqı! Sizlər də onları məğlub edəcəksiniz və arxalarına baxmadan qaçacaqlar. Uca Allah Rəsulallahı (s), Əhli-beyti (ə) sevən bu xalqa yardım edəcək.

Müjdə olsun onlara qarşı vuruşanlara! Onlara qarşı vuruşanlar Allaha onlardan daha yaxındırlar" .

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.