haberL haberR

Misirli sosialistlər: "Növbə bizə gəlir, ayağa qalxın!"

Kateqoriya: Siyasət Yayımlama tarixi: 28.07.2015 12:54:48

Misirli sosialistlər Sisinin siyasət xəttindən narahatdırlar

İslamazeri.az Misir mediasına istinadən xəbər verir ki, Misir Sosialist İnqilabçılar Hərəkatı "Müsəlman Qardaşları" təşkilatından sonra növbənin onlara gələcəyini söyləyərək müqavimət çağırışı edib


Misir hakimiyyəti tərəfindən aparılan əməliyyatların müxalifətin səsini susdurmağı və xalq inqilabını məhv etməyi qarşısına məqsəd qoyduğunu qeyd edən Misir Sosialist İnqilabçılar Hərəkatı rejimə qarşı islamçılarla birgə müqavimət cəbhəsi yaratmağa hazır olduğunu açıqlayıb. Hərəkat yayımladığı bəyanatda, "Rejimin reaksiyaları çox dəqiq və aydındır. Ona uyğun fikirdə olmayanları hədəf alır və ona etiraz edənləri günahkar sayır. Xalqa qarşı zor işlətmək və zülm etməkdə həddini aşan bu hərbi diktaturaya qarşı ölkə daxilində aksiya, mitinq və tətil etməklə birlikdə hərəkət etməyimiz lazımdır", -deyə bildirib.

Xatırladaq ki, "Müsəlman Qardaşları" təşkilatı ilə yanaşı solçular da Sisi rejimi tərəfindən təqiblərə məruz qalır. Aprel ayında 93 solçunun həbsi buna misal ola bilər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.