haberL haberR

Mitinqdə iştirak etmək hər bir partiya üzvünün öz istəyindən asılıdır

Kateqoriya: Münasibət Yayımlama tarixi: 10.03.2015 17:16:18 2325 dəfə oxunub.

Tural Abbaslı:"Biz özümüz bir müsavatçı olaraq iştirak edəcəyik"

Xəbər verildiyi kimi, bu gün Müsavat Partiyasının divanının iclası keçirilib. İclasda müzakirə olunan bir sıra məsələlərlə yanaşı, partiyanın  Milli Şuranın martın 15-nə təyin olunmuş mitinqində iştirak edib-etməməsi ilə bağlı müzakirələr də aparılıb. Yekun qərar verilib ki, mitinqdə iştirak etmək hər bir kəsin vətəndaş mövqeyindən asılıdır, yəni, partiyanın mitinqdə iştirak etməsi gözlənilməsə də, partiya üzvlərinin iştirakı hər kəsin öz istəyindən asılıdır.

Qeyd olunan məsələ ilə bağlı İslamazeri.az-a açıqlama verən Müsavat Partiyası Divanının keçmiş üzvü Tural Abbaslı qeyd edib ki, partiya şəklində mitinqlərə qatılmaq cəlb olunmasa da, iştirak etmək hər kəs öz vətəndaş mövqeyindən asılıdır: “Mən hazırda divanın üzvi deyiləm deyə, divanın qərarı haqda bir söz deyə bilmərəm. Amma çox güman bu divanın qərarıdır. Amma istənilən halda, mən və ətrafımdakılar bu mitinqdə iştirak edəcəyik. Çünki, bu mitinq qiymət artımının əleyhinə olan  mitinqdir. Burada da siyasi partiyalar arasındakı rəqabətdən söhbət gedə bilməz. Biz özümüz bir müsavatçı olaraq iştirak edəcəyik”.

 

Xatırladaq ki, Milli Şura martın 15-də Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda ölkədəki qiymət artımına etiraz olaraq mitinq keçirmək barədə qərar qəbul edib. Mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.