haberL haberR

İmam Sadiq (ə) buyurub: "Bizim hədislərdən halal və haram mövzusunda qırx hədis əzbərləyən şəxsi Allah Qiyamət günü məhşərə fəqih və alim olaraq gətirər və ona əzab verməz." İmam Baqir (ə) buyurmuşdur: "Bizim hədislər qəlbləri dirildər."

 

Hədis sahəsində yazılmış ən dəyərli hədis kitablarından biri də "Mizanül-Hikmət" kitabıdır. Ayətullah Məhəmməd Reyşəhri bu dəyərli kitabı 14 ilə yazıb. Bu dəyərli kitabda İslam maarifi ilə bağlı bütün mövzular haqqında Quran ayələri və hədislər qeyd olunub. 14 cilddən ibarət olan bu dəyərli əsər dini öyrənmək üçün müraciət olunacaq ən gözəl mənbədir. Bu dəyərli əsər Azərbaycan dilinə tərcümə edilib və hal-hazırda digər cildlər də tərcümə olunur. Hazırda 5 cildi satışa çıxarılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.