MKİ direktoru: İŞİD ABŞ-da İstanbuldakına bənzər terror aktı törədə bilər

İslamazeri.az-ın Amerika mediasına istinadən verdiyi xəbərə əsasən, ABŞ mərkəzi kəşfiyyat idarəsinin (MKİ) direktoru Con Brennan İŞİD qruplaşması terrorçuları tərəfindən ABŞ-da da Türkiyədə bu həftə baş vermiş terror aktına bənzər terror-aktlarının törədilməsini planlaşdırdığını istisna etməyib.
O hesab edir ki, İŞİD terror aktlarını, İraq və Suriyada döyüş meydanında uğradığı uğursuzluqlar və itkilərin intiqamını almaq üçün törədir.
“Son 1,5 il ərzində onlar xaricdə terror-aktları törətmək üçün daha qətiyyətli səylər göstəriblər. Onların niyyətləri, planları, insanların göndərilməsi, təbliğatın aparılması, və çağırış və təhrikedici xarakterli çıxışları öz fəliyyətlərinin xaricdə həyata keçirilməsində daha qətiyyətli olduqlarını göstərir.” – deyə o bildirib.
Çərşənbə axşam günü 3 terrorçu-kamikadze İstanbul havalimanında özlərini partladıblar. Nəticədə 41 nəfər dünyasını itirib, 239 nəfər xəsarət alıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.