haberL haberR

MMDİB-nin "Nərgiz" QC Gürcüstanın qadın icmaları ilə birgə seminar keçirdi (Foto)

Kateqoriya: İslam Yayımlama tarixi: 23.09.2015 16:20:16 4229 dəfə oxunub.

Gürcüstan Müsəlman Qadınlar İcması "Milli Mənəvi Dəyərlər" İctimai Birliyinin "Nərgiz" Qadınlar Cəmiyyətinin qonağı olub

İslamazeri.az xəbər verir ki, sentyabr ayının 22-də "Milli Mənəvi Dəyərlər" İctimai Birliyinin "Nərgiz" Qadınlar Cəmiyyətinin təşkilatçılığı və Gürcüstandan dəvət olunmuş bir qrup soydaşımızla birgə "Mərhəmət" şadlıq sarayında "Qadınların həmrəyliyi" mövzusunda seminar keçirilib. Konfransın açılışını "Milli Mənəvi Dəyərlər" İB-nin "Nərgiz" QC-nin sədri Səidə Səmədova etdikdən sonra söz Gürcüstan Müsəlman Qadın İcmasına daxil olan "Xanım Fatimə" Cəmiyyətinin sədri Gülşən Nemətovaya verilib. Gülşən xanım təsis etdikləri cəmiyyət haqqında və fəaliyyətləri barədə məlumat verib. Növbəti çıxışlar üçün söz "Xanım Zeynəb" Cəmiyyətinin sədri Esmira Nəsibova və cəmiyyətin üzvü Rəna Elçiyevaya verilib.

Seminarda dindar qadınların üzləşdiyi çətinliklər, hələ də davam edən süni hicab qadağası, Gürcüstan və Azərbaycan dini ictimaiyyətində müsəlman toplumun fəaliyyətləri müzakirə olunub. Dəvət olunmuş qadın cəmiyyətləri Gürcüstan hökuməti ilə qarşılıqlı fəaliyyətlərinin səmərəliliyindən, digər dinlərə mənsub toplumlarla necə birgə mehriban ictimai aurada yaşadıqlarından söz açıblar.

Bundan başqa, son dönəmdə qeyri-islami davranışları "islam" adı ilə təbliğ edən ekstremist cərəyanlarla mübarizə metodları haqqında fikir mübadiləsi aparılıb. Çıxış edənlər dünyaya sivil və əsl islamın tanıtdırılmasının, Əhli-Beyt dəyərlərinin təbliğ edilməsinin vacibliyini xüsusi vurğulayıblar. Seminarın rəsmi hissəsi bitdikdən sonra iştirakçılar təşkil olunmuş ziyafət süfrəsinə dəvət edilib. Tədbir bitdikdən sonra qonaqlar müqəddəs məkanların ziyarətinə yollanıb.

Əlaqələrin bundan sonra daha da möhkəmləndirilməsi və qarşılıqlı tədbirlərin keçirilməsi barədə razılıq əldə edilib.

Qeyd edək ki, Bakıya təşrif buyuran qonaqlar 3 gün ərzində "Milli Mənəvi Dəyərlər" İctimai Birliyinin "Nərgiz" Qadınlar Cəmiyyətinin qonağı olacaq. 

Bakıda Qadınların həmrəyliyi mövzusunda seminar keçirildi (Foto)

/haberimaj/habergaleri/3H0T2C3F2P9T.JPG
  1. Bakıda Qadınların həmrəyliyi mövzusunda seminar keçirildi (Foto)

  2. Bakıda Qadınların həmrəyliyi mövzusunda seminar keçirildi (Foto)

  3. Bakıda Qadınların həmrəyliyi mövzusunda seminar keçirildi (Foto)

  4. Bakıda Qadınların həmrəyliyi mövzusunda seminar keçirildi (Foto)

  5. Bakıda Qadınların həmrəyliyi mövzusunda seminar keçirildi (Foto)

  6. Bakıda Qadınların həmrəyliyi mövzusunda seminar keçirildi (Foto)

  7. Bakıda Qadınların həmrəyliyi mövzusunda seminar keçirildi (Foto)

  8. Bakıda Qadınların həmrəyliyi mövzusunda seminar keçirildi (Foto)

  9. Bakıda Qadınların həmrəyliyi mövzusunda seminar keçirildi (Foto)

  10. Bakıda Qadınların həmrəyliyi mövzusunda seminar keçirildi (Foto)

  11. Bakıda Qadınların həmrəyliyi mövzusunda seminar keçirildi (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.