haberL haberR

MMDİB-nin sədri: "Dindarlara qarşı təzyiqlər heç vaxt dayandırılmayıb"

Kateqoriya: Müsahibə Yayımlama tarixi: 23.10.2015 21:07:57

Son günlər İslami cameədə islamçılara qarşı təzyiqlərlə bağlı müxtəlif olaylar baş verir.

Tərtərdə ilahiyyatçıya təzyiq, Şəmkirdə məscid sökülmə olayı, islamçılara qarşı təzyiqlər, bu gün isə Gəncədə dindarlara kütləvi təzyiqlər mediada yayılıb.

Bununla bağlı İslamazeri.az “Milli Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri, ilahiyyatçı Ruhullah Novruzzadədən müsahibə alıb.

Müsahibəni təqdim edirik:

 

 

-Son günlər Tərtər, Şəmkir və Gəncədən bəzi narahatedici xəbərlər eşidirik. Bu haqda nə deyə bilərsiniz?

 

- Son günlərdə ölkədə olduqca ciddi hadisələr qeydə alınmaqdadır. Bu hadisələr həm hakimiyyət, həm də xalq arasında müşahidə olunur. Fikrimcə ölkədə dindarlara qarşı qadağa, təzyiq və repressiyalar heç zaman dayandırılmayıb. Sadəcə zamanla güclənib və ya zəifləyib. Məhərrəm ayında artıq üçüncü bölgədir ki, barəsində narahat edici, eyni zamanda sevindirici xəbərlər eşidirik. Şəmkir, Tərtər indi də Gəncə. Allaha şükür olsun ki, ölkədə dindarlarımız məsələləri gündəmdə saxlamaqda və vəzifələrini təyin etməkdə hər gün daha da ayıq olurlar. Şəmkirdə məscidin sökülmə ərəfəsində, daha sonra adı çəkilən bölgədə olan ilahiyyatçının saxlanılması hadisəsində, Tərtərdə təhdid edilən ruhani qardaşımızın məsələsində, biz qardaşlarımızın fəallığının və hüquqlarının müdafiəsinin şahidi olduq. Həqiqətən bu şükür olunası və sevindirici bir məqamdır. Ölkə möminlərinin bu məsələlər müqabilində vəhdəti və əzmi həqiqətən şükür olunası bir nemətdir.

 

 

- Sizcə Gəncədə Aşura günündən bir gün öncə belə bir hadisənin baş verməsi nə ilə əlaqəlidir?

 

Göründüyü kimi şəhərin icra başçısı Elmar Vəliyev daha bir yalnışa yol verdi. Beləki şəhərdə 3 məscid qapadıldı, dindarlara qarşı zor tətbiq olunub və ruhani qardaşımız saxlanılıb. Bundan əlavə o Aşura günü müxtəlif proqramları (deyilənə görə şərab festivalı da bu proqramlar içindədir) təşkil etməklə dini cameənin səbir kasasının daşmasına şərait yaratdı. Elmar Vəliyevin bundan öncə də bu tip yalnışlıqları olsa da, bu dəfə etdiyi yalnış fərqli zamanda baş verdi. Elmar Vəliyevin bu addımın səbəbini soruşursunuzsa, keçmişə nəzər saldıqda bu kimi bütün addımlarının məhz islamla düşmənçilik üzündən atıldığını demək olar. O yəqinki bir müddət idi ki, mediadan uzaq olub, möminlərin son problemlər müqabilində göstərdiyi əzmkarlıqdan xəbərsiz idi. Xəbəri olsaydı yalnış zamanda yalnışa yol verməzdi. Bəlkədə o bu müqavimət, başqa sözlə desək dindarların öz hüquqlarının müdafiəsi dalğasını (təbii haqlarını) dayandırmaq niyyətində idi və ya bununla Gəncədə olan dindarların nəbzini yoxlamaq və məsələyə reaksiyalarını öyrənmək istəyirdi. Amma hər halda Allahın izni ilə o bu arzunu özü ilə birgə məzara aparacaq.

 

 

-Sizcə Gəncədəki olaylarla bağlı islamçıların vəzifəsi nədir?

 

Hər bir işdə uğur qazanmağın bir neçə şərti var. Bunlardan biri də işin fasiləsiz görülməsidir. Bizim bu hadisələrə etirazımız fasiləsiz olmalıdır. Çünkü fasilə süstlük yaradır və süstlüyü aradan aparmaq olduqca çətin məsələdir. Biz bunu tarixdə, xüsusən ölkəmizin yaxın keçmişində müşhidə etmişik. Aldığımız xəbərə görə, artıq dindarlar ölkənin müxtəlif yerlərindən Gəncəyə yola düşüblər. Təəssüf ki, vətəndə deyilik, yoxsa biz də özümüzü əzizlərimizə çatdırardıq. Saxlananlarən çoxu artıq sərbəst buraxılıb. Məsələnin tam şəkildə həll olunacağına və bununla da dindarların bir daha öz hüquqlarını geri qazanacaqlarına şahid olacağımıza inanıram. Elmar Vəliyevin bu yalnış addımı yəqin ki, uzun müddət onun zehnindən çıxmayacaq və ümüd edirik ki, bu onun xalqımıza qarşı addığı son yalnış addımı olacaqdır. Fürsətdən istifadə edib öz hüquqlarını əzmlə müdafiə edən qardaşlarıma təşəkkür edir, onların hər birinə Allahdan böyük əcr və yardım istəyirəm.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.