MMDİB və "Muminun-Cəfəri" qrupu şəhid ailəsini ziyarət ediblər - Foto

İslamazeri.az-ın verdiyi xəbərə görə, ziyarət zamanı təşkilat üzvləri şəhidin ailəsilə maraqlanıb, şəhid haqqında söhbətlər ediblər. Şəhidin atası İmran Bağırov MMDİB üzvləri və ilahilər qrupuna təşəkkür edib, millətimizdən razı olduğun bildirib. Atası hökumətdən şəhidlərə dəyər verilməsini və şəhidlərin adının yaşadılmasına üçün səy göstərməyə çağırıb. İmran Bağırov söhbət zamanı oğlunun adına küçə verilməsi üçün müracitə etdiyini, lakin bəzi qurumların buna müsbət baxmadığını bildiriblər.
"Mənə deyirlər nə istəyirsiz? Deyirəmki oğluma dəyər verilməsini. Əgər sizin oğlunuz şəhid olsaydı siz tac istəyərdiniz. Kimin adamı var deyəmi ad və dəyər verirsiz? Tovuzdan bir millət vəkilinin səyilə bir şəhidə Milli Qəhrəman verdilər, lakin mənim adamım yoxdu, sadəcə oğlunun adının yaşamasını istəyirəm, artıq bir şey istəyirəm? Bu şəhid olub, qəhrəmanlıq edib. Hətta hücum etdikləri yerə yemək götürməyiblərki, yeyəcəyin yerinə silah və gülə götürsünlər...", -deyə şəhidin atası İmran Bağırov bildirib.
Şəhid atası həmçinin oğlunun şücaətindən, döyüşdən öncəki ruhiyyəsindən söz açıb: "Bu evdə 2004-cü ildəm İmam Hüseyn məclisi keçirilir, ehsan verilir. Emin də bu məclisin təşkilində təkid edirdi. Namaz qılırdı. Şəhid olmaq arzusu idi. Şəhid olmamışdan öncə mayor soruşub ki, müddətin bitib evə, valideynlərinin yanına getmək istəyirsən yoxsa qalıb vətən üçün döyüşmək? Emin də deyib ki, vətən elə ata-anadır, qalıb döyüşəcəm."
İmran Bağırov oğlu barədə xatirələrdən də danışıb: "Şəhid olmamışdan öncə istixarə etdim. Ayədə şəhid və cihad sözləri gəldi. Onda düşündüm ki, Emin qayıtmayacaq və qayıtmadı... Hərbidən öncə kinq-boksla məşğul olurdu. Çox sayda yarışda iştirak edibdi. Çempionatlarda yer tutmuşdu. Ona görə də onu seçib xüsusi təyinatlandırmışdılar. Hərbi tibbi yardım təlimi də keçmişdi. Əsgər yoldaşları döyüş barədə bilmədiyimiz şeylərdən danışdılar, oğlumla qürur duydum. Hərbi xidmətinin müddətinin bitməsinə baxmayaraq döyüşüb, şüacət göstərib, verilən tapşırıqları yerinə yetirib. O, xalqın gözündə də, bizim gözümüzdə də milli qəhrəmandır. Hökumətimiz onları milli qəhrəman hesab etməsə də."
Təşkilat üzvləri ailəyə səbr diləyərək, oğlunun gec-tez qazandığı ada layiq olacağını və tarixə düşdüyünü bildiriblər.
Allah səbr versin.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.