Mogerini: Suriyada hər hansısa tərəfin qələbə qazanması xülyadır
Avropa İttifaqı diplomatiyasının başçısı Federika Mogerini Suriyadakı münaqişə tərəflərindən birinin hərbi qələbəyə nail olması barədəki fikri xülya adlandırıb.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Vaşinqtonda çıxış edən Mogerini bildirib: “Əgər kimdəsə qurudaki 6 illik hərbi əməliyyatlardan sonra müharibənin qələbə ilə bitirməyə dair fikir varsa, o zaman, mən düşünürəm ki, bunlar yalnız xülyadır. Qarşılıqlı təsirin yeganə yolu bəzi kompromislər tələb edəcək siyasi keçiddir.”
“Biz (Aİ) kompromisə səsləyirik. Mən, kompromis deyəndə Əsədin ölkənin gələcəyində hansısa rolunun olmasını nəzərdə tutanlardan deyiləm. Lakin keçidin ardıcıllıq, müddət, hazırlanması barədə danışıqlar olmalıdır, hər şeydən öncə suriyalılar arasında.” – Mogerini deyib.
Xatırladaq ki, daha əvvəl Mogerini Əsədi “öz xalqına qarşı vətəndaş müharibəsi aparan diktator” adlandırmışdı.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.