haberL haberR

Möhsün Pakayin yanğında ölənlərlə bağlı başsağlığı verdi

Kateqoriya: Siyasət Yayımlama tarixi: 19.05.2015 16:39:17

İran səfiri Bakı şəhəri Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi ilə bağlı başsağlığı verib

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfiriliyinin mətbuat xidmətindən islamazeri.az-a verilən məlumata görə, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin 19 may 2015 –ci il tarixində Bakı şəhəri Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi ilə bağlı başsağlığı verib.

Səfir başsağlığı məktubunda Bakı şəhəri Binəqədi rayonu yaşayış binasında baş vermiş və bir neçə insanın yaralanması və həyatını itirməsi ilə nəticələnmiş yanğın hadisəsi ilə bağlı öz dərin kədərini bildirilir ki, Möhsün Pakayin bu ağrılı hadisə ilə bağlı başsağlığı verərək, dost və qardaş ölkə olan Azərbaycan xalqına, xüsusilə yanğın hadisəsində zərərçəkmişlərin yaxınlarına Uca Tanrıdan səbr diləyir. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.