haberL haberR

Möhsün Qiraəti Mina faciəsindən danışdı: "Kəbə kiminsə şəxsi əmlakı deyil"

Kateqoriya: İslam Yayımlama tarixi: 06.10.2015 18:18:28

İranın tanınmış ruhanisi Mina faciəsi ilə bağlı fikirlərini bölüşüb

İslamazeri.az-ın “Fars”-a istinadən verdiyi xəbərə əsasən, ustad Qiraəti faicə ilə bağlı başsalığı verərək deyib: “Biz bu gün Quran dərsləri keçmək üçün toplaşmışıq, lakin bir sıra əzizlərimiz Mina hadisəsində həyatını itirmiş şəxslərin dəfni ilə məşğuldur. Quran Məkkədə məkkəlini və qeyrilərini bir hesab edir. Beləliklə Kəbə kiminsə şəxsi malı deyil. Məkkə təhlükəsizlik məkanıdır və hətta qatillər belə ora pənah aparırlar. Qurana əsasən Kəbənin idarəçiliyi təqvalı bir qrupa aid olmalıdır, yalnız İsrailin razı olduğu Səud rejiminin yox! Məscidul-haramda heyvan və həşəratların belə öldürülməsinə icazəmizin olmadığı halda, Ali-Səud bu cinayəti necə törədə bildi? Bu hadisə heç vaxt unudulmayacaq.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.