haberL haberR

Moldova yığması ilə yoldaşlıq görüşündə Ruslan Abışov iştirak etməyəcək

Kateqoriya: İdman Yayımlama tarixi: 10.11.2015 16:23:21

Buna səbəb 28 yaşlı müdafiəçinin zədəli olmasıdır

Noyabrın 17-də Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyətindən daha bir futbolçu çıxarılıb. AFFA-nın rəsmi saytına istinadən verilən məlumata görə, "Qəbələ" klubunun futbolçusu Ruslan Abışov yoldaşlıq görüşündə iştirak etməyəcək.

Buna səbəb 28 yaşlı müdafiəçinin zədəli olmasıdır.

Qeyd edək ki, bundan öncə AVRO-2016-nın seçmə qrup mərhələsində 3 qolla Azərbaycan millisinin bombardiri olmuş Almaniya "Karlsrue"sinin yarımmüdafiəçisi Dmitri Nazarov da eyni səbəbdən heyətdən çıxarılıb.

(Report)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.