haberL haberR

Morales: ABŞ prezidenti kim olursa olsun, onların siyasəti dəyişməyəcək

Kateqoriya: Dünya Yayımlama tarixi: 03.06.2016 17:59:21

"Məgər Obama idarə edir?"

İslamAzeri.az-ın "Ria Novosti"yə istinadən verdiyi xəbərə əsasən, Boliviya başçısı Evo Morales hesab edir ki, Amerikanın növbəti prezidenti kim olursa olsun, ABŞ-ın siyasəti dəyişməyəcək.

“ABŞ prezindetinin kim olmasından asılı olmayaraq, heç nə dəyişməyəcək. Təəssüf ki, Amerika xalqını aldadırlar – onu səs verməyə məcbur edirlər. Məgər onu seçilmişlər idarə edəcək? Məgər Obama idarə edir? Sənayeçilər, bankirlərdir idarə edənlər”, – deyə Morales Ria Novosti-yə verdiyi müsahibəsində bildirib.

Moralesin sözlərinə görə, ABŞ-ın prezidenti kim olursan olsun, hər halda idarə edən o olmayacaq.

“Lakin biriləri digərlərindən daha agressiv ola bilər. Buna görə ölkələr arasında mental hakim olmadan azad olan inteqrasiya və inam vacibdir”, – deyə Morales qeyd edib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri cari ilin noyabr ayının 8-də keçiriləcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.