haberL haberR

Moskvada 200-cü metrostansiya istifadəyə verildi

Kateqoriya: Region Yayımlama tarixi: 15.02.2016 16:59:23

"Salaryevo" bu gündən fəaliyyətə başlayıb

Moksva metrosunun yeni stansiyası - "Salaryevo" bu gündən fəaliyyətə başlayıb. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Salaryevo" sayca şəhər metrosunun 200-cü stansiyası olacaq. Moskva meri Sergey Sobyanin "Salaryevo" stansiyasının şəhərin Yeni Moskva rayonunda sərnişinlərə xidmət göstərəcəyini deyib.

O, yaxın illərdə daha bir sıra yeni stansiyanın tikilib istifadə veriləcəyini Moskva və Moskvaətrafı şəhərlərin daha sıx birləşdiriləcəyini bildirib. "Salaryevo" stansiyası Moksvanın inzibati sərhədlərindən kənarda, Kiyev şosesinin yaxılığında yerləşib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.