haberL haberR

Moskvada azərbaycanlı dəstə tutuldu

Kateqoriya: Kriminal Yayımlama tarixi: 25.11.2014 11:49:36

Dəstə üzvləri qarət və qətldə ittiham edilirlər
Rusiyada azərbaycanlı dəstə üzvləri saxlanılıblar. ANS PRESS-in məlumatına görə, 4 azərbaycanlı qətl və oğurluqlarda ittiham edilirlər. 
Hüququ mühafizə orqanlarının məlumatına görə, onlar Rusiyanın bir necə regionunda silsilə qarətlər törədiblər. Dəstə bu işlə iki ilə yaxın məşğul olub. 
 
Saxlanılan şəxslərin adları açıqlanmasa da onların 30-34 yaş aralığında olduğu bildirilir. 
Ancaq Moskvada onlar fərdi evlər və kommersiya şirkətlərinin ofislərinə 4-ə yaxın basqın həyata keçiriblər. Adı açıqlanmayan şəxslər ötən il Kalujsk vilayətində öldürülən Azərbaycan vətəndaşının qətlində də ittiham edilirlər. Onlara qarşı dələduzluq maddəsi də irəli sürülüb. 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.