haberL haberR

Moskvada azərbaycanlı biznesmen güllələndi

Kateqoriya: Dünya Yayımlama tarixi: 17.03.2016 16:09:10

Moskvada azərbaycanlı biznesmen güllələnib.

İslamazeri.az APA-ya istinadən bildirir ki, hadisə ötən gecə Moskva vaxtı ilə saat 03.00 radələrində baş verib.

46 yaşlı Canpolad Şamiloğlu yeraltı avtomobil dayanacağından çıxıb evinə gedərkən binanın girişində güllələnib. Cinayətin killer tərəfindən törədildiyi ehtimal edilir.
Rusiya İstintaq komitəsinin Baş İstintaq İdarəsi hadisənin təfərrüatını araşdırır. Azərbaycanlı biznesmenin tikinti biznesi ilə, o cümlədən meyvə-tərəvəzin satışı ilə məşğul olduğu deyilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.