haberL haberR

Moskvada iş adamını qaçıran azərbaycanlılar tutuldu

Kateqoriya: Region Yayımlama tarixi: 27.02.2016 11:46:27

3 azərbaycanlı biznesmenin "Porsche"sini və pulunu əlindən alıb.

Rusiyada dələduzluq edən azərbaycanlı dəstə tutulub. Azərbaycandan gələnlərdən ibarət olan dəstə əsasən paytaxt Moskva ərazisində dələduzluq, soyğunçuluq ediblər. 

Onları Krasnoqorsk sakini olan qadının polisə müraciətindən sonra yaxalamaq mümkün olub. O, iş adamı olan ərinə hücum edildiyini bildirib. Qadının sözlərinə görə, naməlum şəxslər silahla hədələyərək 39 yaşlı iş adamını oğurlayıblar və Mıtişinski rayonuna aparıblar.  Orada iş adamının "Porsche Cayenne" maşınını, eləcə də üzərində olan 150 min rubl pulunu əlindən alıblar. Adı açıqlanmayan kişini ancaq girov kimi tələb edilən pulun geri qalan qismini verməyə razılaşdıqdan sonra buraxıblar. 

Polisə müraciətdən sonra cinayət işi açılıb və əməliyyata başlanılıb. Nticədə 4 dəstə üzvünü yaxalamaq mümkün olub. Onlardan üçü 28-39 yaşlı azərbaycanlı olub. Bəlli olub ki, son zamanlar adı açıqlanmayan azərbaycanlılar Naberejnıy Çelyı şəhərində yaşayıb, mütəzəm olaraq Moskva və Moskva vilayətində "iş" dalınca gəliblər. ANS

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.