haberL haberR

Moskvada İŞİD-ə döyüşçü yığan şəxslər həbs edilib

Kateqoriya: Region Yayımlama tarixi: 27.04.2016 19:00:11

Xüsusi xidmət orqanlarının əməkdaşları Moskvada İŞİD cərgələrinə döyüşçü yığan şəxsləri həbs edib.

İslamazeri.az “İslamtoday”-ə istinadən xəbər verir ki, aparılmış iri miqyaslı xüsusi əməliyyat nəticəsində, Moskvanın Partizanskaya küçəsində iki kişi və iki qadın həbs edilib.

Saxlanılan şəxslərin avtomobillərində aparılmış axtarış nəticəsində silah aşkarlanıb. Araşdırmalar göstərib ki, saxlanılan 4 nəfər İŞİD-ə döyüşçü yığmaqla məşğul olublar.

Məlum olub ki, həbs edilən qadınlardan biri “Vnukovo” hava-limanında işləyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.