haberL haberR

Moskvada mövlud bayramı münasibətilə bayram tədbiri keçirilib- (Foto)

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 12.01.2015 12:40:01

Rusiyanın paytaxtı Moskvada “Əhli-Beyt” cəmiyyətinin təşəbbüsü ilə Məhəmməd peyğəmbər (s) və altıncı imam Cəfəri-Sadiqin (ə) mövludu münasibətilə bayram tədbiri keçirilib

İslamazeri.az  xəbər verir ki, tədbir Rusiya paytaxtındakı “Korolevskiy” mədəniyyət zalında baş tutub.

 

Tədbirdə iştirak edən ilahiyyatçılar Məhəmməd peyğəmbərin (s) həyat yolundan, Onun əxlaqı və sünnətinin müsəlmanların birliyinə təsirlərindən danışıblar. Şairlər Peyğəmbərin (s) şəninə şeirlər deyib, məddahlar ilahilər oxuyublar.

 

Qeyd olunub ki, Mövlid ənənəsi günümüzə kimi davam edir. Peyğəmbərin doğum gününün ildönümündə dünyanın müxtəlif ölkələrində keçirilir. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.