haberL haberR

Moskvada ölən 17 yaşlı azərbaycanlı qızdan yeni xəbər var

Kateqoriya: Region Yayımlama tarixi: 17.03.2015 19:00:46

Dekabr ayında Rusiyada itkin düşən 17 yaşlı azərbaycanlı qızı Qumru Əhmədovanın meyiti tapılıb

Məlumata görə, meyit Moskva yaxınlığında beton zavodun içərisində aşkar olunub. Meyitin üzərində zorakılıq əlamətlərinin olub-olmaması barədə isə hələlik heç bir məlumat verilməyib.

Sənədləşdirmə işlərinə görə, hələlik qızın meyiti ailəsinə təhvil verilməyib.

Qeyd edək ki, 17 yaşlı Qumru Əhmədova son dəfə dekabrın 26-da dostları ilə birlikdə görüblər. Moskva yaxınlığındakı Dolqoprudnomda 11-ci sinif şagirdi olan Qumrunun sinif yoldaşlarının sözlərinə görə, onlar sonuncu dəfə rəfiqələrinin birinin evində toplaşaraq rübün başa çatmasını qeyd ediblər. Qumru hamıdan qabaq evdən çıxıb. "Onun ailəsi azərbaycanlıdır və ciddidir. Ona gecikməməyi tapşırmışdılar". 

Qız saat 16:00-da başqa rəfiqəsi ilə binadan çıxıb. Bundan sonra onu küçədə telefonla danışan yerdə görüblər. Saat 16:11-da isə o özünün "VKontakte" səhifəsinə girib. Daha sonra qızdan heç bir xəbər olmayıb.(anspress)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.