haberL haberR

MOSSAD-a bağlı sayt: "İran "Hizbullah" və Suriya Qolan təpələri cəbhəsini açır"

Kateqoriya: Siyasət Yayımlama tarixi: 01.05.2015 18:16:36

"DEBKAfile" yeni iddia ilə çıxış edib

İslamazeri.az-ın verdiyi məlumata görə, Suriya müdafiə naziri Fahad Casim əl-Fərəycin Tehran səfərində sionist İsrailə qarşı Qolan təpələri cəbhəsini açmaq qərarının ortaya çıxdığı iddia edilib.

İsrail kəşfiyyatına yaxın "DEBKAfile"-ın iddiasına görə, Fərəyclə İran müdafiə naziri Hüseyn Dehqanın görüşündən sonra Qolan təpələrində İsrailə qarşı əməliyyatlara başlamaq məsələsində razılıq əldə olunub.

İranın bölgəyə İran İnqilab Keşikçiləri Korpusu əsgərləri və əfqan şiələr yerləşdirəcəyi də iddialar arasındadır. Qolan Cəbhəsinin şimal-cənub xəttində Şamdan Qolana, Cəbəl əl-Şeyxdən (Hermon dağı) İsrail işğalı altında olan Livan torpağı Şeba fermalarına qədər uzanacağı deyilir. Əməliyyatdan Suriya və "Hizbullah" hərbi xidmətlərinin məsul olacağı və bölgədəki müqavimət qruplarını silah və kəşfiyyat xidməti ilə təmin edəcəyi iddia edilir. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.