Mövsüm Səmədov atasının qırx mərasimi keçirilir

"Bu gün "Mədinə gülü" sarayında Mövsüm Səmədovun atası Mərdan Səmədovun 40 mərasimi keçirilir. Mərasimdə tanınmış ilahiyyatçılar və dindarlar iştirak edir".
Bu barədə islamazeri.az-a Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov deyib. O bildirib ki, mərasim saat 14:00-dan başlayıb: "Çox təəssüflər olsun ki, atasının gözünün ağı-qarası bircə oğlu olan Mövsüm Səmədov atasının 40 mərasiminə də buraxılmadı".
Xatırladaq ki, Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun atası Mərdan Səmədov uzun sürən xəstəlikdən sonra yanvarın 5-də dünyasını dəyişib. Mərhumun cənazəsi yaşadığı Quba şəhərində yerləşən qəbiristanlıqda dəfn edilib.
Onu da qeyd edək ki, həbsdə olarkən anasını itirən Musavat partiyasının sədri Arif Hacılı və həbsdə olarkən atasını itirən jurnalist Rauf Mirqədirova yas mərasimində iştirak etmək üçün izin verilmişdi.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.