haberL haberR

Mövsüm Səmədovun həbsindən 5 il ötür (Video)

Kateqoriya: İslam Yayımlama tarixi: 07.01.2016 15:14:13

Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun həbsindən 5 il ötür.

AİP sədri 2011-ci il yanvar ayının 7-də partiyanın qərərgahından çıxıb evə gedərkən həbs edilib. Həmin vaxt partiyanın sədr müavini olan Vaqif Abdullayev də hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onlara məhkəmənin qərarı ilə ilkin olaraq 10 sutka həbs cəzası kəsilib. Aparılan əməliyyatlar nəticəsində daha bir neçə nəfər saxlanılaraq istintaqa cəlb olunub. 9 ay aparılan istintaq yekunlaşdıqdan sonra, hakim Eldar İsmayılov Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova  12 il hökm oxuyub. İslamçıları müdafiə edənlər düşünürlər ki, bu həbslər siyasi xarakterlidir və əsasən Mövsüm Səmədovun yanvarın 2-də partiyanın Baş Məclisində etdiyi çıxışla bağlıdır.

 

Qeyd edək ki, 2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını, ölkədə mövcud olan korrupsiya və rüşvətxorluğun geniş vüsət almasını, qanun pozuntularının artmasını kəskin şəkildə pisləyib və hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirib. Vaqif Abdullayev həbsdən 1 il sonra cəzaçəkmə müəssisəsində dünyasını dəyişsə də, digəriləri hələ də həbsxanadadır.


P.S. Bir çox yerli və beynəlxalq təşkilatlar AİP lideri Mövsüm Səmədovu siyasi və vicdan məhbusu kimi tanıyır. Həmin təşkilatlar Azərbaycan MTN-də baş verən son olayları və qurumun özbaşınalıqlarının üzə çıxmasını sübut gətirərək, Mövsüm Səmədov və digər siyasi məhbusların həbsini qeyri-qanuni hesab edirlər.(İslamınsesi.org)

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.