"MTN 94 min manatımızı geri qaytarsın!”
7 mart 2013-cü il tarixində MTN əməkdaşları tərəfindən küçədə oğurlanaraq həbs edilmiş NİDA Vətəndaş Hərəkatının üzvü Şahin Novruzlu bəyanat yayıb.

Bəyanatda göstərilib: "Son günlər MTN əməkdaşları tərəfindən, xüsusən də, bu qurumun verdiyi səlahiyyətlərdən sui-istifadə edərək törədilmiş cinayətlər mətbuatda sadalanır. Mən ailəmizə, dostlarıma qarşı cinayətləri həmişə demişəm, cinayət işimin gedişi də daim ictimaiyyətin diqqət mərkəzində olub, amma hələ də hüquqlarımız pozulmaqda davam edir. 2013-cü ilin 7 martında MTN-in hazırda qapısı möhürlənmiş idarəsinin – Anti-terror Mərkəzinin əməkdaşları tərəfindən atam İbrahim Novruzlunun evinə narkotik və Molotov kokteyli atılması ilə mən istintaqa cəlb olundum. Həmin idarənin əməkdaşları məndən işgəncə altında və aldadaraq, hədə-qorxu ilə ifadə aldılar, təqsirsizlik prezumpsiyası hüququmu pozaraq, bunu televiziya kanallarında dərhal yaydılar. İşgəncə zamanı 4 dişimi qırdılar.

Bunların bir hissəsi zamanla düzəlib, qalanları da bəlkə düzələcək. Amma bizim evdən atamın borc aldığı pulları talamalarının faciəli nəticəsi hələ də bizə çətinlik yaşatmaqda davam edir. Məhkəmə heç bir sübut olmadan bizim evdən MTN əməkdaşlarının taladığı 94 min azn pulu dövlət büdcəsinə köçürdü. Atam borcları ödəyə bilmədi, borclular da mütəmadi pullarını tələb etdilər. Nəticəsini bilirsiniz – 2014-cü il oktyabrın 14-ü atamın ürəyi partladı. Bundan 5 gün sonra mən əfv sərəncamı ilə azadlığa buraxıldım”.
Ş.Novruzlu bəyanatında bildirib ki, bu, onun bəraət alması deyildi. Ona görə də tutulana qədərki hüquqi vəziyyəti bərpa edilmədi: “Nəticədə evimizdən talanan pullar da geri qaytarılmadı. Yenə də borclular pullarını tələb etməyə davam edirlər. Anam müəllimə maaşı ilə bir övladının xaricdə təhsilini təmin edir və 2 övladına da yanında baxır. Bu ağır vəziyyətdə 94 min AZN tələb olunması durumumuzu daha da çıxılmaz edir. Anamın da atamın taleyini yaşamaması üçün bu pullar qaytarılmalıdır. Həmin pulun dövlət nəfinə keçirilməsi barədə məhkəmə hökmü tamamilə hüquqaziddir, onsuz da tezliklə Avropa İnsan Hüquqları Məhkəməsi bu rüsvayçı hökmün Konvensiyaya zidd olması barədə qərarını verəcək. Amma borclular Avropa Məhkəməsini gözləmirlər. Hazırda quldurluqları hər gün sübut olunan insanların evimizdən taladıqları pulların geri qaytarılmasını tələb edirəm"
Xaırladaq ki, 6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində hökm oxunmuş və 6 il müddətində azadlıqdan məhrum edilmiş Ş.Novruzlu əvf fərmanı ilə azadlığa çıxıb. Həbsdə olan vaxt atası dünyasını dəyişib.(Yeni Müsavat)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.