haberL haberR
Teylor İbrahimov (Fətişoğlu) Ağdamda həbs olunub.

DTK və MTN-in keçmiş agenti (keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun dövründən iş stajı olan agent), Azərbaycanda məşhur fırıldaqçı-dələduz, Ayaz Mütəllibovun Moskvada mühacirətdəki mətbuat katibi Teylor İbrahimov (Fətişoğlu) Ağdamda həbs olunub.

Bu barədə virtualaz.org-a rayondakı mənbədən deyilib. Mənbəyə əsasən, Teylor Bakıda Ağdam Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Xətai RPŞ-yə təhvil verilib.

Sayt yazır ki, 2000-ci illərin əvvəllərində T.Fətişoğlu Moskvada mühacirətdə olan A.Mütəllibovun tərəfdarlarının sırasında, digər agentlərlə birlikdə MTN sıralarına daxil edilib.

Teylor Fətişoğlu iri məbləğdə dələduzluqda ittiham olunur. Fırıldaqçının toruna 20-dən çox vətəndaş düşüb ki, onlara 100 min manatdan artıq ziyan vurulub. MTN agentinin barəsində AR CM-nin 178-ci maddəsi üzrə cinayət işi başlanıb.

Qeyd edək ki, ötən ayın əvvəlində haqqin.az-da Ağdam rayon sakinlərinin şikayəti əsasında günün günorta çağı Teylor tərəfindən Ağdamda törədilmiş oğurluqdan bəhs edən yazı dərc edilmişdi. Bu əməlləri Teylor rayonun icra başçısı Raqub Məmmədovun adından istifadə edərək törətmişdi.

MTN agenti həbs edildi - FOTO

/haberimaj/habergaleri/3X0I3S3U2F0I.JPG
  1. MTN agenti həbs edildi - FOTO

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.