haberL haberR

''MTN-də məndən 100 min manat tələb etdilər'' (Video)

Kateqoriya: Maraqlı Yayımlama tarixi: 14.11.2015 16:37:30

Ramiz Əliyev erməni əsirliyində olan qohumu Dilqəm Əsgərovla bənzər taleyi paylaşdığını deyir.

Ötən il MTN-nin əməkdaşları tərəfindən qaçaqmalçılıq adı ilə tutularaq nazirliyə gətirildiyini bildirir. Keçmiş kəşfiyyatçı maddi imkanı zəif olduğu üçün ara-sıra Gürcüstandan qızıl gətirib yaşadığı Gəncə şəhərində və Bakıdakı dükanlara qızılları satmaqla ailəsini dolandırdığını deyir. Buna görə o 6 ayını Mtn-nin təcridxanasında keçirməli olub.


Ramiz Əliyev zaminə buraxılmaq üçün İstintaq İdarəsinin müstəntiq qrupunun rəhbəri Yasin Məmmədovun ondan 100 min manat tələb etdiyini deyir. Yasin Məmmədov Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Natiq Məmmədovun qardaşıdır. O, bu ilin martında ölkə başçısı İlham Əliyevin sərəncamı ilə  ədliyyə mayoru rütbəsinə qaldırılıb.


Mtn-dən sonra 3 ay Gəncədə həbsxanada saxlanılan Ramiz Əliyev 5 il şərti işlə azadlığa buraxılıb. Onun sözlərinə görə  Mtn-də saxlanılarkən qızıl satdığı şəxslər nazirliyə gətirilib və yüksək məbləğdə pulun qarşılığında sərbəst buraxılıblar. Onlardan 14-nün evində də axtarış aparıblar. Ramiz Əliyevin əsas narahatlığı da həmin şəxslərlə bağlıdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.