haberL haberR

MTN: Elşən Mustafaoğlunun saxlanması barədə heç bir məlumat yoxdur

Kateqoriya: Ölkə Yayımlama tarixi: 20.12.2014 12:29:57 4418 dəfə oxunub.

Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi Azvisiona açıqlamasında bunu deyib

MTN-nin İctimai Əlaqələr İdarəsindən AzVision.az-a verilən məlumata görə, bu barədə onlarda heç bir məlumat yoxdur: “İlahiyyatçı Elşən Mustafaoğlunun saxlanması barəsində Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsində heç bir məlumat yoxdur”.

 

Dünən İslamazeri.az-a ilahiyyatçı Elşən Mustafaoğlunun bir neçə gündür ki, Milli Təhlükəsizlik Nazirliyində saxlanılması barədə məlumat daxil olub.

Məlumatlarda qeyd olunub ki, Hacı Elşən Mustafaoğlu barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, dövlətə xəyanət maddəsi ilə ittiham edilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.