haberL haberR

Mübarək Ramazan ayı tövbə və dəyişmək ayıdır

Kateqoriya: Məqalə Yayımlama tarixi: 31.05.2016 17:24:15

Filosoflara görə mövcudat aləminə qədəm qoyan heç bir varlıq heç vaxt yox olmur, sadəcə dəyişir

Dəyişkənlik maddi mövcudatın zəruri sifətlərindəndir.

Misal: Bir qartalın 30 il artıq yaşamaqdan ötrü göstərdiyi çaba nəticəsində qartal 70 il yaşaya bilər amma... 

40 yaşına çatarkən iri və yırtıcı caynaqları artıq ovçuluq qabliyyətını itirir, uzun və iti dimdiyi əyilir və kütləşir, nəhəng qanadları köhnəlir və sinəsinə yapışır və nəticədə uçmaqdan məyus olur. Belə halda qartal iki yoldan birini seçməlidir: Ya ölüm, ya da ağrılı-acılı 150 günlük gedişata dözərək, daha 30 il yaşamaq... 

Bu gedişat bir dağın zirvəsinə qonduqdan sonra başlayır. Zirvəyə qonduqdan sonra əgər təslim olub ölmək qərarı alarsa, bu çox çətin olmayacaq, çünki o artıq özünü qida ilə təmin etməkdən acizdir. Yaşamağa qərar verdiyi təqdirdə isə, 5 aydan ibarət ağır yollar keçməlidir. Qartalın yaşamaq uğrunda apardığı mübarizə ilk öncə kütləşmiş dimdiyini zirvədə möhkəm bir qayaya çırpıb sındırmaqla başlayır. Bu ağrılı hərəkət köhnəlmiş dimdiyin kökdən qopmasına qədər davam etməlidir. İndi təzə dimdiyinin çıxmasını gözləməlidir. 

Bu proses düşündüyünüz qədər də rahat deyil, çünki bu müddət ərzində qoca qartal yemək yeməkdən elə acizdir. Onun çəkdiyi acılar bununla bitmir, indi o təzə və itisini əldə etməkçün solğun caynaqlarını dimdiyi ilə ətindən qoparmalıdır. İndi o artıq iti dimdik və möhkəm caynaqlara sahibdir, ama yenədə şikar etməkdən acizdir. Axı onun qanadları köhnə və solğundur. 

Qoca qartal uçmaq üçün indi bədənindəki köhnə lələkləri (dimdik və caynağı ilə) bir-bir yolub təzəsinin cücərməsini gözləməlidir. Bu ağrı-acılara tab gətirən iradəli və dözümlü qartallar 5 aydan sonra yeni dünyaya gəlmiş körpələr kimi sağlam və güclü üzvlərə malik olur və 30 il daha yaşamaq iqtidarına yiyələnirlər. Çox vaxtlar agah yaşamaq üçün dəyişərək köhnə və xurafata uyğun olan adət-ənənələrin sərhərlərindən qurtulmaq lazımdır. 

Mübarək Ramazan ayı tövbə, dəyişmək və bağışlanmaq üçün ən münasib aydır. Bu ayda insan özünü bağışlada bilməzsə, gələn il gələcək Ramazan ayını gözləməlidir, amma gələn il oruc tutmaq üçün fürsət olacaqmı, məlum deyil?! Ağıl sahibləri ixtiyarındakı fürsətlərdən yararlanan və hazırki şansı gələcəyə ertələməyənlərdir. 
Bu il Allah Təalanın mərhəmət ayı isti yay günlərinə təsadüf etdi. Bəlkə də kimlərçünsə müəyyən səbəblərdən oruc tutmaq çətindir, amma bu çətinliyə tab edənlərin əldə ədəcəkləri mükafat bir başa uca Allahın özüdürsə necə?! Axı uca Allah, "Oruc mənim üçündür və onun mükafatı Özüməm" - deyə buyurmuşdur. Gözlədiyimiz günlər gələcəksə, çəkdiyimiz acılar müqəddəsdir!

İlahiyyatçı 
Hacı Fariz Xammədli

İslamazeri.az

(arxiv)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.