haberL haberR

Mübariz Mənsimov Rövşən Lənkəranskinin dəfninə gəldi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 19.08.2016 11:41:39

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində naməlum şəxslər tərəfindən güllələnərək öldürülən Rövşən Lənkəranskinin nəşi vətəninə gətirilib.

Xalq.az xəbər verir ki, minlərlə insan Lənkəranskinin nəşini Lənkəran hava limanında qarşılayıblar.

Rövşən Lənkəranskinin nəşini İstanbuldan şəxsi təyyarəsi ilə gətirən Türkiyənin azərbaycanlı tanınmış iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov da təyyarə ilə Lənkərana gəlib.

Mübariz Mənsimov bu gün Rövşən Lənkəranskinin dəfn mərasimində iştirak edəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.