haberL haberR

Mübariz Qurbanlı: "İslamı bilmək vacibdir"

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 02.01.2015 14:41:34

İnsan nəyisə pis bilirsə, bu müəyyən mənfi fəsadlar verir. Məsələn, pis həkimdirsə xəstə sağalmır, pis müəllimdirsə yaxşı təhsil vermir və s. Din də insanların inancıdır, dünyagörüşüdür, əxlaqıdır. Əgər kimsə öz keçmişini yaxşı bilmirsə, öz milli müqəddaratını qoruya və müdafiə edə bilməz.

İslamazeri.az-ın Dini Qrumlarla İş Üzrə Dövlət Komitəsini saytına istinadla verdiyi məlumata görə, bu barədə dövlət komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

O deyib ki, əgər kim öz dinini yaxşı bilmirsə, kənar dinlərin təsirinə, dindəki mənfi cərəyanların təsiri altına düşə bilər. Ona görə də, İslamı yaxşı bilməsək, Qurani Kərimi, Peyğəmbərimizin yolunu yaxşı bilmiriksə, təbii ki, insanın başqa təsirlər altına daha tez düşməsi istisna deyil. Məsələn, biz əgər radikal qrupların yayıldığı coğrafiyaya baxsaq, harada islami bilgliər zəifləyibsə, radikallar dini əbaya bürünərək fəallaşırlar. Onlar dini siyasiləşdirir və ondan istifadə etməyə cəhd göstərirlər. Ona görə də, İslamı bilmək vacibdir. Əgər kimsə özünü müsəlman hesab edirsə, İslam dinin mahiyyətini öyrənməlidir. İslam dünyasında dindən sui-istifadə hallarına rast gəlirik və qarşıdurmalara da görürük. Müəyyən qüvvələr insanların dini biliyinin aşağı olmasından istifadə edərək onları terrora və digər neqativ hallara cəlb edirlər. Azərbaycanda insanların dini bilikləri zəif ola bilər, amma dünyəvilik, sağlam cəmiyyət və savadlı olmaq din faktorundan sui-istifadəyə imkan vermir. Amma bununla belə, insanlar din haqqında ətraflı bilgi əldə etməlidir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.