haberL haberR

Müdafiə naziri: "Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir"

Kateqoriya: Hərbi Yayımlama tarixi: 11.03.2016 09:32:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi hissənin açılışı olub.

İslamazeri.az-ın Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verirki, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərciyin ərazisindəki qərargah, zabit, gizir və əsgər yataqxanaları, xidməti, tədris və istirahət otaqları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlər ilə tanış olub.
Şəxsi heyət qarşısında çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib: "Ali Baş Komandan tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqətin nəticəsində biz bu gün növbəti hərbi şəhərciyin açılışında iştirak edirik. Cari ildə ilk yeni tikilmiş və bütün infrastrukturla təmin olunmuş hərbi hissənin açılışını həyata keçiririk. Bu quruculuq işləri və orduda həyata keçirilən islahatlar mərhələli surətdə davam etdiriləcəkdir. 
Planlaşdırdığımız kimi ötən il ərzində on hərbi şəhərciyi istifadəyə verdik. Bu il də plana uyğun olaraq ondan çox müasir hərbi şəhərciyin inşa edilib şəxsi heyətin istifadəsinə verilməsini nəzərdə tutmuşuq." 

Müdafiə naziri dövlətin Silahlı Qüvvələrin bütün istiqamətindəki inkişafını nəzarətdə saxladığını bildirib.

Zakir Həsənov bu haqda "Xüsusi qeyd etmək istəyirəm ki, dövlətimiz Silahlı Qüvvələrimizin bütün istiqamətlər üzrə inkişafını ciddi nəzarətdə saxlayır. Ordunun döyüş hazırlığı yüksəlir, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunur, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, daimi və xidməti mənzillər istifadəyə verilir. Ordunun yüksək dağıdıcı gücə malik silahlarla təmin olunması işini biz bu il də davam etdirəcəyik. Şəxsi heyət dövlətin, xalqın etimadını doğrultmaq üçün gecə- gündüz durmadan çalışmalı və xidməti döyüş hazırlığını yüksəltməlidir", - deyə qeyd edib.

Nazir gələcək planlara da işarə edərək deyib: "Qarşımızda torpaqlarımızı işğaldan azad etmək kimi müqəddəs vəzifə dayanır. Cəbhədə, ön xətdə, səngərlərdə xidmət edən əsgər və zabitlərimiz yüksək qəhrəmanlıq, peşəkarlıq göstərirlər. Düşmənin başını qaldırmağa belə imkan vermirlər. Qarşı tərəf böyük itkilər verir".

Müdafiə naziri düşmənə vurulan zərbələrin davam edəcəyini önə çəkərək "Bu haqq işimizi davam etdirəcək və düşməni darmadağın edəcəyik. Xocalı soyqırımını həyata keçirən, günahsız insanları qətlə yetirən mənfur düşmənlərimizi məhv edərək bütün şəhidlərin qisasını alacağıq və torpaqlarımızı işğaldan azad edəcəyik", - deyə bildirib.
Zakir Həsənov sözlərinin davamında deyib: "Mən bütün şəxsi heyəti yeni hərbi şəhərciyin açılışı və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm. Əminəm ki, əsgər və zabitlərimiz Azərbaycan xalqının, ölkə rəhbərliyinin etimadını doğruldacaq, döyüş hazırlığını yüksək səviyyədə nümayiş etdirməklə qələbəmizi yaxınlaşdıracaq".
Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar ediblər. 
Hərbi hissədə fəaliyyət göstərən çörəkbişirmə sexi ilə də tanış olan nazir, çörəyin istehsal şəraiti, keyfiyyəti ilə maraqlanıb və burada çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə bağlı müvafiq göstəriş və tövsiyələrini verib.
Sonda hərbi hissəyə xatirə olaraq ərazidə çinar ağacları əkilib.

Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

/haberimaj/habergaleri/0M7Y9H0J9U6Y.JPG
  1. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  2. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  3. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  4. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  5. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  6. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  7. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  8. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  9. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  10. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  11. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  12. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  13. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  14. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  15. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  16. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  17. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  18. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  19. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  20. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  21. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  22. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  23. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  24. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  25. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  26. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  27. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

  28. Müdafiə naziri: Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.