haberL haberR

Müdafiə Nazirliyi: "Azərbaycan ordusu itki verməyib"

Kateqoriya: Ölkə Yayımlama tarixi: 12.01.2015 10:27:50 1233 dəfə oxunub.

Ermənilər yenə yalan və iftira atdı

"Ermənistanın kütləvi informasiya vasitələrinin guya qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydıqları məlumatların heç bir əsası yoxdur".

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu düşmən tərəfinin növbəti yalanı və uydurmasıdır:

"Silahlı Qüvvələrimizin şəxsi heyəti heç bir itki verməyib və bölmələrimiz qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir", - deyə MN-dən bildirilib.

Xatırladaq ki, Ermənistan tərəfi cəbhə xəttindəki vəziyyətlə bağlı məlumat yayıb. Məlumatda qeyd edilir ki, Azərbaycan tərəfi diversiya edərək qarşı tərəfə keçməyə çalışıb. Guya atışma zamanı Azərbaycan tərəfədən itki olub və hərbçimizin meyiti cəbhə xəttində qalıb. Ermənistan tərəfindən 1935-ci il təvəllüdlü Seryoja Nikolay Sarkisyan adlı bir çobanın vurulduğu iddia olunur.(anspress)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.