haberL haberR

Müdafiə Nazirliyi: Cəbhədə ermənilər öz aralarında yaranan iğtişaş nəticəsində itki verib

Kateqoriya: Hərbi Yayımlama tarixi: 28.08.2015 16:46:09

“Ermənistan elektron kütləvi informasiya vasitələrinin cəbhədə Azərbaycan tərəfinin guya itki verməsi barədə yaydığı məlumat tam yalandır və həmişə olduğu kimi dezinformasiya xarakteri daşıyır”.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

 

Müdafiə Nazirliyi mətbuat xidmətindən deyiblər ki, qorxu və hürkü hissi erməni hərbçiləri və onların rəhbərliyini o dərəcədə üstələyib ki, demək olar, hər tərəfdə gözlərinə “diversantlar” görünür: “Bizdə olan məlumata görə öz aralarında olan atışma nəticəsində erməni tərəfinin 2 hərbi qulluqçu ölüb və bir neçəsi yaralanıb. Sutka ərzində Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib”.

 

Xatırladaq ki, bu gün erməni mətbuatı Azərbaycan tərəfinin 20-25 nəfərlik xüsusi təyinatlı ilə təxribat törətməyə cəhd etdiyi və itki verdiyi barədə məlumat yayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.