haberL haberR

Müdafiə Nazirliyi erməni tərəfinin yaydığı açıqlamaya münasibət bildirib

Kateqoriya: Ölkə Yayımlama tarixi: 06.03.2015 14:52:51

Azərbaycan Müdafiə Nazirliyi: Silahlı Qüvvələrimiz nə canlı qüvvə, nə də silah və texnika sarıdan heç bir itki verməyib
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən islamazeri.az-a verilən məlumatda qeyd olunur ki, Ermənistan Müdafiə Nazirliyi cəbhədə uğursuz əməliyyat keçirmək cəhdindən sonra öz xalqının qəzəbindən qorxaraq vəziyyətlə bağlı növbəti dəfə dezinformasiya xarakterli məlumat yayıb.
 

Erməni tərəfi bu məlumatla xalqını aldadaraq cəbhədəki itkilərini, döyüş meydanında əsgər və zabitlərin qorxaqlıq göstərərək silah-sursatı atmaqla qaçdıqlarını, qeyri-peşəkarlıqlarını, o cümlədən, ötən gecə həqiqətən cəbhənin Ağdərə-Tərtər istiqamətində uğursuz təxribat törətmək cəhdlərini etiraf edib.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşməndən fərqli olaraq, qoşunların təmas xəttində heç bir xüsusi təyinatlı bölmələrimiz istifadə olunmur: "Cəbhədəki vəziyyət və bir nəfər yaralı haqqında Mətbuat Xidməti tərəfindən səhər saatlarında verilən məlumatdan başqa Silahlı Qüvvələrimizin bölmələri nə canlı qüvvə, nə də silah və texnika sarıdan heç bir itki verməyib və əməliyyat şəraitinə tam nəzarət edir. Kütləvi informasiya vasitələrinin nümayəndələrinə növbəti dəfə müraciət edərək, ermənilərin təxribat məqsədilə yaydığı xəbərlərdən istifadə etməməyi tövsiyə edirik".

Qeyd edək ki, Ermənistan KİV-i Azərbaycan Silahlı Qüvvələrinin guya 7 hərbçi itirməsi barədə dezinformasiya yayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.