haberL haberR

Müdafiə Nazirliyi Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar tədbirlər keçirir

Kateqoriya: Ölkə Yayımlama tarixi: 20.10.2015 8:44:32

General Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir

Görkəmli hərbi xadim general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2015-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar tədbirlərin planlaşdırılması və keçirilməsi məqsədilə Müdafiə nazirinin əmrinə əsasən Təşkilat Komitəsi yaradılıb.
Təşkilat Komitəsinin ilk iclasında Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində tədbirlərin keçirilməsi ilə baglı qarşıda duran tapşırıqlar müzakirə edilib.
Təhsil, Mədəniyyət və Turizm Nazirliklərinin təklifləri də nəzərə alınmaqla hazırlanan tədbirlər planına əsasən qarnizonlarda, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi birlik, birləşmə və hissələrdə, eləcə də ölkənin təhsil və mədəni-maarif ocaqlarında minlərlə hərbi qulluqçu və mülki əhalinin iştirakı ilə elmi-praktik konfrans, yubiley mərasimləri, yarış-müsabiqələri, viktorinalar, səyyar foto sərgilər və müxtəlif tədbirlər keçiriləcək.
İlin sonunadək davam edəcək silsilə tədbirlərə artıq Silahlı Qüvvələrdə start verilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.