haberL haberR

Müdafiə Nazirliyi yerli KİV rəhbərlərinə müraciət edib

Kateqoriya: Ölkə Yayımlama tarixi: 15.07.2016 10:04:32

Müdafiə Nazirliyi yerli kütləvi informasiya vasitələrinin (KİV) rəhbərlərinə müraciət edib.

İslamazeri.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, müraciət cəbhəboyu zonada vəziyyətin həssaslıqla əlaqədardır. Nazirlik anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatların əksər hallarda araşdırılmadan qeyri-dəqiq formada yayılmasının düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, bu mövzuda xəbərlərin Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan və dəqiqləşdirmə aparılmadan ictimailəşdirilməsinin qarşısının alınması tövsiyə edir.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.