haberL haberR

Müdafiə Nazirliyindən icra başçısının cəbhədə şəkil çəkdirən oğlu ilə bağlı açıqlama verilib

Kateqoriya: Ölkə Yayımlama tarixi: 07.01.2015 10:51:46

"Fotolarda əks olunan ərazi ehtiyatda yerləşən təlim mərkəzidir"

Müdafiə Nazirliyi Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədzadənin cəbhə xəttində - səngərdə çəkdirdiyi fotolarla bağlı məsələyə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən  bildirilir: "Təsdiq olunmuş tədbirlər planına əsasən ölkədə qeyd olunan əlamətdar hadisə və bayram günlərində rayon icra hakimiyyətlərinin, yerli orqanların, ictimaiyyətin nümayəndləri, təşkilatlar, gənclər, fəallar, valideynlər əvvəlcədən daxil olmuş müraciət və razılıq əsasında hərbi hissələrdə olaraq şəxsi heyətlə bir yerdə bayram tədbirlərində iştirak edirlər. Konkret olaraq, fotolarda əks olunan ərazi isə cəbhə xətti deyil, ehtiyatda yerləşən təlim mərkəzidir".

 

Qeyd edək ki, bir neçə gün əvvəl icra başçısının oğlu cəbhə xəttində olub və burada hərbçilərlə görüşüb. S.Məmmədzadə görüşdən çəkilmiş bəzi fotoları sosial şəbəkələrdə yerləşdirib.(lent.az)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.