haberL haberR

Müdafiə Nazirliyinin apellyasiya şikayətinə baxıldı

Kateqoriya: Hadisə Yayımlama tarixi: 09.10.2015 15:13:01

Şikayət təmin edilib

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyinin Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı apellyasiya şikayətinə baxılıb.

Verilən məlumata görə, məhkəmədə qərar elan edilib. Qərara əsasən, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilib və nazirliyin iddiası təmin edilib.

Qeyd edək ki, nazirlik icra hakimiyyəti tərəfindən verilən sərəncamın, orderin, qeydiyyat vəsiqəsinin etibarsız sayılması barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan nazirlik apellyasiya şikayəti verib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.