haberL haberR

Müəllimlərə siqaret çəkmək qadağan edilə bilər

Kateqoriya: Sosial Yayımlama tarixi: 23.10.2015 14:43:00

"İctimai nəqliyyatdan sonra məktəblərdə də tütünsüz mühit yaratmağın vaxtı çatıb"

Orta məktəblərdə müəllimlərə siqaret çəkmək qadağan edilə bilər.

İslamazeri.az movqe.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini deputat Musa Quliyev bildirib. M. Quliyev deyib ki, ictimai nəqliyyatdan sonra məktəblərdə də tütünsüz mühit yaratmağın vaxtı çatıb.

M. Quliyev bildirib ki, məktəblərdə müəllimlərin siqaret çəkməsini qadağan etmək şagirdlər arasında siqaret istifadəçilərinin də sayının azalmasına təsir göstərəcək: "Məktəb təlim-tərbiyə ocağıdır. Orada hansısa müəllim şagirdlərin gözü qarşısında siqaret çəkirsə, zərərli vərdişi təbliğ etmiş olur. Ona görə də, düşünürəm ki, bu məsələ gələcəkdə Milli Məclisdə müzakirəyə çıxarılmalı, qanuna salınmalıdır".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.