haberL haberR

Müəllimlərin maaşları ötən müddətdə nə vəziyyətdədir?

Kateqoriya: Sosial Yayımlama tarixi: 14.09.2015 17:00:00

Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama verib

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan müəllimlərin əməkhaqqı orta hesabla 35 faiz artıb. 7 min 760 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 466 müəllimin əmək haqqı isə 1000 manatdan yuxarıdır”.

İslamazeri.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov deyib. O, Bakı şəhəri təhsil işçilərinin "Sentyabr konfransı"nda çıxış edərkən qeyd edib ki, Bakımüəllimlərinin orta aylıq əməkhaqqı ilə ölkə üzrə orta aylıq əməkhaqqı arasındakı uyğunsuzluq aradan qaldırılıb. Ceyhun Bayramovun sözlərinə görə, hazırda bu fərq 6 faiz təşkil edir.


Ceyhun Bayramov - BŞTİ-nin müdir səlahiyyətlərinin müvəqqəti icraçısı


Təhsil nazirinin müavini həmçinin qeyd edib ki, ilboyu keçirilən təlimlərin qiymətləndirilməsi nəticəsində 853 nəfər ibtidai sinif müəllimi "Promethean" lövhəsi, 1546 nəfər isə kompüterlə mükafatlandırılıb.


Müəllimlərinin maaşının artma qrafiki

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.