haberL haberR

Müəyyən saatlarda rayon qeydiyyatlı avtomobillər Bakıya buraxılacaq

Kateqoriya: Sosial Yayımlama tarixi: 14.09.2015 18:02:05

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası

Sabah saat 7:00-dan başlayaraq Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli  “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına əsasən rayon qeydiyyatında olan minik və yük avtomobillərinin Bakıya girişi qadağandır.

İslamazeri.az-ın məlumatına görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacağını, bu avtomobillərin şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacağını bildirib.

Rayon qeydiyyatında olan avtomobillər gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakıya daxil ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, qadağa müəyyən edilmiş saatlarda yük və minik avtomobillərinin şəhərə girişi ilə bağlıdır, gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakıya daxil olan rayon qeydiyyatında olan minik avtomobillərinin şəhər içərisində hərəkətinə isə qadağa qoyulmayıb.

"Yəni rayon qeydiyyatında olan minik avtomobillərini gün ərzində paytaxtda sərbəst hərəkət edə biləcək", - deyə o qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.