haberL haberR

Mühasirədəki Deyr-əz- Zora 17 ton humanitar yardım çatdırılıb

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 22.06.2016 11:22:14

Bu haqda Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya mərkəzinin informasiya bülletenində deyilir

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya mərkəzinin informasiya bülletenində deyilir ki, Rusiya təyyarəsi İŞİD terror qruplaşması tərəfindən mühasirədə olan Deyr-əz- Sor şəhərinə 17 ton humanitar yardım çatdırıb.

“Rusiya “Abakan-eyr” avia-şirkətinin təyyarəsi İŞİD terrorçuları tərəfindən mühasirəyə alınmış Deyr-əz- Zor şəhərinə ümumi çəkisi 17 ton olan BMT-in humanitar yükü – qida dəstləri və yarma – atılıb.”, - deyə bülletendə bildirilir.

Qyed edilir ki, Həma əyalətinin Təl-Səlhab yaşayış məntəqəsinin az təminantlı ailələrinə 5 ton humanitar yardım çatdırılıb. Barışıq üzrə Rusiya mərkəzinin mütəxəssislərinin köməyi ilə Hələb əyalətinin Kafr-Batna yaşayış məntəqəsinə də 41 yük avtomobilindən ibarət karvan ilə humanitar yük çatdırılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.