haberL haberR

Münhendə hücum edən İran əsilli almandır

Kateqoriya: Dünya Yayımlama tarixi: 23.07.2016 11:42:51

Münhen polisi hücum edən haqda təfərrüatları danışıb

İslamazeri.az-ın RT-yə istinadən verdiyi xəbərə görə, Münhendə atışmadan sonra keçirilən mətbuat-konfransında şəhər polisinin başçısı Hebertus Andre bildirib ki, hücum edən şəxs əslən İrandan olan Almaniya vətəndaşıdır. Onu 18 yaşı var.

“Şübhəli, hazırda istintaqın əlində olan məlumata əsasən, Münhendən olan 18 yaşlı almaniyalı iranlıdır.” – polis nümayəndəsi bildirib.

O, həmçinin əlavə edib ki, polis hazırda hücum edən şəxsin intihar etməsi haqda məlumatı təsqləyə bilmir.

“Axtarış tədbirləri zamanı mülki geyimdə olan polis əməkdaşı əməliyyatın başlanğıc mərhələsində  atəş açanla əlaqə qurub və ona atəş açıb. Açılan atəşin ona dəyib dəyməməsini yarılmadan sonra bilinəcək.” – polis qeyd edib.

Polis deyib ki, Münhendə üç nəfər atəş açan haqda xəbərlər səhv olub və bu xəbərlər də şahidlərin ifadələrinə əsaslanıb. Polis əlavə edib ki, Atışmadan sonra əməliyyata 2 mindən çox əməliyyatçı cəlb edilib.

Xatırladaq ki, ötən gün Bavariya Əyalətinin Münhen şəhərində yerləşən ticarət mərkəzlərinin birində atışma baş verib. Bavariya rəhbərliyi bir neçə hücum edənin olması haqda xəbər vermişdi. Daha sonra, şəhər polisi dəqiqləşdirib ki, naməlum şəxslər Hanauerştrass və Risştrasda da atəş açıblar. Polis bildirib ki,  şəhərdə yüksək terror təhlükəsi səviyyəsi saxlanılır. Son məlumata əsasən, 10 nəfər həyatını itirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.